{multilanguage mode="link" template="multilanguage" order="code" sort="asc" actualshow="yes"}

Xəbərlər

{lang_ana} Xəbərlər
  • 13.11.2025
  • 15

Alman markası Schwartau Werke artıq Siren Trading portfelində!

Siren Trading şirkəti Almaniyanın məşhur Schwartau Werke markasının Azərbaycandakı rəsmi distribütoru olduğunu elan edir. 1899-cu ildə Bad Şvartau şəhərində təsis edilmiş Schwartau, artıq bir əsrdən çoxdur ki, Alman keyfiyyətinimüasir istehsal texnologiyalarını birləşdirən məhsullar təqdim edir.

Azərbaycanda markanın üç əsas məhsul xətti təqdim olunur:
Schwartau Extra – 1962-ci ildən istehsal olunan klassik meyvə mürəbbələri və pastalar.
Schwartau Extra Zero – 2019-cu ildən əlavə şəkərsiz, sağlam qidalanmanı seçənlər üçün nəzərdə tutulmuş xətt.
Corny Big – 1984-cü ildən dadlı və rahat qəlyanaltı kimi tanınan müsli batonlar.

Schwartau istehsal prosesində keyfiyyətə, dayanıqlılığa və ekoloji məsuliyyətə xüsusi önəm verir. Müasir texnologiyalar CO₂ emissiyalarının azalmasına və təbii resurslardan səmərəli istifadəyə imkan yaradır. İstehsalda istifadə olunan meyvələrin və digər inqrediyentlərin əksəriyyəti Avropadan alınır, bu da məhsulların təzəliyini təmin edir.

Schwartau məhsulları ilə siz həm klassik ləzzəti, həm sağlam alternativləri, həm də rahat qəlyanaltını Alman keyfiyyəti ilə birlikdə əldə edirsiniz.

{lang_emekdasliqq}