2008-ci ildən indiyədək keyfiyyətin təminatçısı
"SIREN TRADING" MMC Azərbaycanın qeyri-neft sektorunda innovasiya və keyfiyyəti ilə tanınan aparıcı distribütor şirkətlərdən biridir. Qida və qeyri-qida məhsullarının idxalı sahəsində geniş təcrübəsi ilə ölkə bazarında yüksək etibar qazanıb.
Gəncədə regional ofis - Müştərilərə yaxınlıq və səmərəli xidmət
Müştərilərə daha yaxın olmaq istəyi “SIREN TRADING”i Gəncə şəhərində regional ofis açmağa sövq etdi. Bu addım sayəsində şirkət Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Goranboy, Mingəçevir, Yevlax, Bərdə və digər bölgələri yüksəkkeyfiyyətli məhsullarla təmin edir. Gəncədəki ofis müştərilərə daha səmərəli xidmət göstərməkdə mühüm rol oynayır.
Qida sektorunda etibarlı idxalçı
“SIREN TRADING” üçün qida təhlükəsizliyi yalnız standart deyil, müştərilərə olan məsuliyyətin təməlidir. Şirkət müxtəlif məhsul kateqoriyaları arasında ən yaxşı seçimləri edərək onları etibarlı və sağlam qida məhsulları ilə təmin edir.
Müştəri məmnuniyyəti ilə qeyri-qida məhsullarının idxalında liderlik
“SIREN TRADING” keyfiyyətə sadiqlik prinsipi ilə qeyri-qida sektorundakı mövqeyini möhkəmləndirir və bu istiqamətdə bazarda lider şirkətlərdən biridir. İdxal etdiyi qeyri-qida məhsullarının keyfiyyəti müştərilərin ehtiyaclarına cavab verir.
Qlobal ticarətdə güclü tərəfdaşlığın sirri
Etibarlılığı və strateji yanaşması ilə"SIREN TRADING" qlobal ticarət sahəsində güclü və etibarlı tərəfdaş mövqeyi qazanıb. Yerli bazarla yanaşı, beynəlxalq miqyasda da nüfuz qazanan şirkətin uğurunun sirri mükəmməllik prinsipinə sadiq qalaraq hər addımda ən yaxşı olanı hədəfləməsidir. “SIREN TRADING” ticarət əlaqələrinə yalnız alış-veriş kimi yanaşmır, eyni zamanda şəffaflıq, dürüstlük və qarşılıqlı hörmət prinsiplərini ön planda tutaraq əməkdaşlığı inkişaf etdirməyə çalışır. Şirkət daim yeni bazarlara açılmaq istiqamətində irəliləyir.
Üstünlüyümüz qiymət və keyfiyyətdədir
16 ildir, bu sloqanla irəliləyən şirkət etimad və keyfiyyətin hər zaman prioritet olduğu dəyər zənciri formalaşdırmaq üçün səy göstərir. Tanınmış istehsalçılarla birbaşa əməkdaşlıq edən “SIREN TRADING” Azərbaycanda müştərilərə keyfiyyətli və münasib qiymətlərlə məhsul təklif etməklə onların ehtiyaclarını, istəklərini nəzərə almağa çalışır.